İdman

Avropa Liqası: “Qalatasaray” “Barselona” ilə qarşılaşacaq

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, 16 komanda 8 cütlük təşkil edib.

Bu raundda qrup mərhələsinin 8 qalibi və pley-offu adlayan komandalar üz-üzə gələcək. İlk oyunlar martın 9-10-da, cavab görüşləri ayın 17-də baş tutacaq. Qrup qalibləri cavab matçlarına ev sahibliyi edəcək.

Türkiyə “Qalatasaray”ının da rəqibini tanıyıb. İstanbul klubu “Barselona” görüşəcək. “Sarı-qırmızılar” ilk matçı səfərdə keçirəcək.

Avropa Liqası
1/8 final

“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)
“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)
“Porto” (Portuqaliya) – “Lion” (Fransa)
“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)
“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)
“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)
“Leypsiq” (Almaniya) – “Spartak” (Rusiya)
“Betis” (İspaniya) – “Ayntraxt” (Almaniya)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button