İdman

Avropa Liqası: “Neftçi” səfərdə HİK-lə oynayacaq

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, pley-offun iştirakçıları bu matçlardan sonra bəlli olacaq.
Azərbaycan çempionu “Neftçi” səfərdə HİK-lə qarşılaşacaq. Finlandiyada keçiriləcək görüş Samir Abasovun yetirmələrinin yoluna hansı turnirdə davam edəcəyinə aydınlıq gətirəcək.
Bakıda 2:2 hesablı heç-heçə edən təmsilçimiz Avropa Liqasında qalmaq üçün qalib gəlməlidir. Heyətində itkilər də olan “ağ-qaralar” bunu ən pis halda penaltilər seriyasında gerçəkləşdirməlidir. Məğlubiyyət “Neftçi”ni Konfrans Liqasının pley-offuna daşıyacaq.
Qeyd edək ki, bu cütün qalibi Avropa Liqasının pley-offunda Türkiyə “Fənərbaxça”sı ilə görüşəcək. Məğlub komanda isə Konfrans Liqasının III təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa LiqasıIII təsnifat mərhələsi, cavab oyunu12 avqust20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan)Baş hakim: Dəniz Aytekin (Almaniya)Helsinki Futbol Stadionuİlk oyun – 2:2

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button