İdman

Avropa Liqası: “Neftçi” HİK-lə heç-heçə oynayıb

“Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Bakı klubu Avropa Liqasında mübarizəyə başlayıb.
Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb.
“Bakcell Arena”dakı qarşılaşmanın ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. Heyətində yetərincə itkilər olan “ağ-qaralar” matçın əvvəlində zədələnən qapıçısı Aqil Məmmədovun da xidmətindən məhrum olub. Daha çox müdafiə olunan “Neftçi”nin azsaylı hücumları da kifayət qədər təhlükəli alınıb.
Fasilədən sonra “Neftçi” oyunu bərabərləşdirib. Qarşılıqlı hücumlarla keçən görüşdə hesabı da bakılılar açıb. Sabir Buqrin uzaqdan zərbə ilə rəqibi məyus edib. Lakin bakılıların sevinci qısa sürüb. Finlandiyalılar qoldan sonrakı 6 dəqiqədə iki qola imza ataraq hesabda önə keçib. “Ağ-qaralar”ı bu dəfə də kapitan xilas edib. Emin Mahmudovun cərimə zərbəsindən vurduğu qol “Neftçi”yə bərabərlik gətirib – 2:2.
Qeyd edək ki, “Neftçi” və HİK arasında cavab oyunu avqustun 12-də Helsinkidə keçiriləcək.
Avropa Liqası, Çempionlar yoluIII təsnifat mərhələsi, ilk oyun3 avqust21:00. “Neftçi” (Azərbaycan) – HİK (Finlandiya) – 2:2Qollar: Sabir Buqrin, 59, Emin Mahmudov, 80 – Roope Riski, 61, Jair, 65Baş hakim: Villiam Kollum (Şotlandiya)”Neftçi”: 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 14. Roman Bask, 8. Emin Mahmudov, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli, 97. Xəyal NəcəfovEhtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 26. Ömər Buludov, 27. Fərid YusifliBaş məşqçi: Samir AbasovHİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel Oşonessi, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 6. Jair, 10. Lukas Linqman, 24. Devid Braun, 11. Roope Riski, 27. Filip ValençiçEhtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 22. Kevin-Kuassivi Benisson, 14. Sebastyan Dalström, 47. Matti Peltola, 7. Luis Enrike, 9. Riku Riski, 29. Entoni OlusanyaBaş məşqçi: Toni KoskelaBakı. “Bakcell Arena”

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button