Dünya

Avropa Komissiyasının rəhbəri Macarıstana xəbərdarlıq edib

Macarıstan Rusiya qazının pulunu rublla ödəsə, sanksiyaları pozmuş olacaq.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen “CNN”ə açıqlamasında deyib.

“Putinin təklif etdiyi avronu rubla çevirib, sonra qaz pulunu ödəməkdir. Bu, sanksiyaların pozulmasıdır. Əgər bunu etsəniz, sanksiyaları pozursunuz, Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalardan yan keçirsiniz”, – AK rəhbəri bildirib.

Onun sözlərinə görə, Aİ Budapeştlə danışıqlar aparır: “Hazırda Macarıstan sanksiyalara əməl edir, yəni əksini görənə qədər hər şey qaydasındadır. Biz Avropa İttifaqını heç vaxt bu qədər birləşmiş, bu qədər qətiyyətli və sürətli görməmişdik.

Düşünürəm ki, hər bir üzv dövlətimiz üçün sual bu məsələdir. Bu birliyi ilk pozan mən olmaq istərdimmi? Düşünürəm ki, yox”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button