İqtisadiyyat

Avropa Komissiyası gələn ilin yaz mövsümünədək qazın qiymətinin azalacağını gözləyir

Avropa Komissiyası Avropada qaz qiymətlərinin qışda yüksək səviyyədə qalacağını gözləyir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə energetika məsələləri Avropa komissarı Kadri Simson bildirib.
“Avropada qaz qiymətləri qışda yüksək olaraq qalacaq, onları 2022-ci ilin yazı üçü azalacağını gözləyirik”, – K. Simson qeyd edib.
Xatırladaq ki, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 700 dolları ötüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button