İqtisadiyyat

Avropa Komissiyası Aİ-də “yaşıl” enerji islahatlarını sürətləndirməyə çağırıb

Avropa İttifaqı (Aİ) enerji sahəsində daha müstəqil olmaq üçün iqlim islahatlarını sürətləndirməlidir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Enerji sahəsində daha müstəqil olmaq üçün “Yaşıl Saziş”i sürətləndirməliyik”, – Ursula fon der Leyen qeyd edib.
Qeyd edək ki, “Yaşıl Saziş” Avropa Komissiyasının Aİ-nın ətraf mühitə daha az mənfi təsir göstərəcək şəkildə yenidən qurulması layihəsidir. Emissiyaların azaldılması və zərərli qazların tutulması və saxlanması üçün texnologiyaların tətbiqi ilə iqlim neytrallığı əldə edilə bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button