Dünya

Avropa İttifaqı Ukraynaya daha çox silah verəcək

“Avropa İttifaqı Ukraynaya daha çox silah verəcək”.

“Report” UNIAN-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün nəticəsində qurumun 27 ölkəsi Ukraynaya silah tədarükünü dəstəklədi. Avropa İttifaqı sürətlənir. Lakin biz daha da sürətli olmalıyıq”, – o söyləyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Ukrayna Mariupolu blokadadan çıxarmaq və bu müharibəni daha tez bitirmək üçün hələ lazım olan qədər silah almayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button