Dünya

Avropa İttifaqı Ukraynaya 600 milyon avro yardım ayırıb

Avropa İttifaqı Ukraynaya makromaliyyə yardımı çərçivəsində 600 milyon avro məbləğində pulun ikinci tranşını verib.
“Report” UNN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.
“Bu gün, oktyabrın 25-də Ukrayna Avropa İttifaqından makromaliyyə yardımının 600 milyon avro məbləğində maliyyə yardımını alıb”, – nazirlikdən bildirilib.
Məlumata görə, Ukrayna 2036-cı ilin aprel ayınadək bu məbləği Avropa İttifaqına 0,250 faizlə qaytaracaq.
Nazirlikdən vurğulanıb ki, bu maliyyə dövlət büdcəsinin tələblərinə və Ukraynanın dövlət büdcəsinin təlabatının azaldılmasına xərclənəcək.
Ukraynanın 5 makromaliyyə proqramının reallaşması çərçivəsində Avropa İttifaqından 2014-2021-ci illərdə aldığı yardımın məbləği 5,01 milyard avroya çatıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button