Dünya

Avropa İttifaqı Türkiyəyə təşəkkür etdi

Avropa İttifaqı İraq, Suriya və Yəmən vətəndaşlarının Belarusa daşınmasından imtina etdiyi üçün Türkiyəyə təşəkkür edib.

Bu barədə Aİ Şurasının sədri Şarl Mişel özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, İraq və Türkiyə aviaşirkətləri miqrantların Belarusa daşınmasının qarşısını almaq üçün lazımi tədbirləri görəcəkləri barədə Aİ-yə vəd veriblər.

Hazırda Misir, Qətər, Oman, Mərakeş və BƏƏ aviadaşıyıcıları ilə də müvafiq danışıqlar aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button