İdman

Avropa çempionatı: Azərbaycanın şahmat komandaları heç-heçə ediblər

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.

“Report”un məlumatına görə, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qadın yığması isə Ukrayna ilə üz-üzə gəlib. Bu görüşdə də eyni hesab qeydə alınıb.

Avropa çempionatı, V tur

Kişilər

Azərbaycan – Rusiya – 2:2

Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk – 0,5:0,5

Teymur Rəcəbov – Daniil Dubov – 0,5:0,5

Rauf Məmmədov – Kirill Alekseyenko – 0,5:0,5

Qədir Hüseynov – Andrey Yesipenko – 0,5:0,5

Qadınlar

Azərbaycan – Ukrayna – 2:2

Günay Məmmədzadə – Anna Uşenina – 1:0

Gülnar Məmmədova – Yuliya Osmak – 0:1

Xanım Balacayeva – Nataliya Buksa – 1:0

Gövhər Beydullayeva – Nataliya Jukova – 0:1

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button