İdman

Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri bir dəst medal qazanıb

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində rəqib isveçli Per Albin Olofsson olub. Görüş Süleymanovun qələbəsi ilə yekunlaşıb – 5:0.

Beləliklə, Azərbaycan yunan-Roma güləşçilərinin qazandıqları medalların sayı 3-ə yüksəlib.

***

Azərbaycan yunan-Roma güləşçisi Taleh Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

63 kq çəki dərəcəsində rəqib gürcüstanlı Avropa və dünya çempionatlarının mükafatçısı Leri Abuladze olub. Görüş Abuladzenin qələbəsi ilə yekunlaşıb – 3:1.

Beləliklə, Taleh Məmmədov gümüş medala sahib olub.

Hazırda Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının aktivində iki medal var. Daha əvvəl Eldəniz Əzizli 55 kq çəki dərəcəsində qızıl medal qazanıb.

***

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

55 kq çəki dərəcəsində rəqib gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb – 8:2.

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button