İdman

Avropa çempionatı: Azərbaycan Niderlanda qalib gəldi və liderliyi özünə qaytardı

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında VII turun görüşləri keçirilib.

Azərbaycanın kişi və qadınlardan ibarət komandaları fərqli nəticələr göstəriblər.

Kişilərdən ibarət komanda Niderlanda qalib gəlib – 2,5:1,5. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov görüşlərini heç-heçə ilə bitirdikləri halda, Nicat Abbasov rəqibini yeniblər.

Qadın millisi isə Rusiyaya uduzub – 1:3. Komanda üzvlərindən Günay Məmmədzadə və Xanım Balacayeva heç-heçə edib, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva məğlubiyyətlə üzləşiblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button