İdman

Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, 13 – 23 martda baş tutacaq yarışda Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.

Yığmanın heyətində ilk olaraq rinqə Cəlal Qurbanov çıxacaq. 63,5 kq çəki dərəcəsində yer alan idmançı finlandiyalı Yere Niemelainenlə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında 39 ölkədən 213 oğlan, 102 qız boksçu mükafatlar uğrunda mübarizə aparacaq.

U-22, Avropa çempionatı

13 mart
1/16 final

63,5 kq
Cəlal Qurbanov – Yere Niemelainen (Finlandiya)

14 mart
1/16 final
67 kq

Nəbi İsgəndərov – Luka Nikabadze (Gürcüstan)

75 kq
Mirşərif Kazımzadə – Hikki Sam (Şotlandiya)

15 mart
1/8 final
80 kq

Murad Allahverdiyev – Kromvell Kommi (İtaliya)/Rafael Monni (Fransa)

19 mart
1/4 final
51 kq

Nicat Hüseynov – Antonio Payva (İrlandiya)

54 kq
Ruslan Qədirov – Marian Çinio (Rumıniya)/Başkim Bayoku (Kosovo)

57 kq
Maqsud Xasmetov – Matteu Teylor (İrlandiya)/Taha Akkoyun (Türkiyə)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button