İqtisadiyyat

Avronun manata qarşı məzənnəsi 14 aylıq minimuma enib

Sentyabrın 30-da avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,9724 manat təşkil edib. Bu, ötəni ilin 24 iyul tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
“APA-Economics”in hesablamalarına görə, sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyulun 24-də qeydə alınıb – 1,9716 manat.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləyib. Həmin tarixdən avro manata nisbətdə 5,9% ucuzlaşıb.
Avronun dollara qarşı ucuzlaşması da davam edir. Belə ki, dünən axşam avronun dollara qarşı məzənnəsi 14 aylıq minimuma – 1,16 dollara enib. Son günlərdə FED-in aktivlərin satın alınmasını azaltması fonunda (daraldıcı pul siyasətinə keçid) dolların digər əsas valyutalara qarşı güclənməsi müşahidə olunur. Bu da ABŞ iqtisadiyyatının güclü və stabil bərpası, gəlirliliyin yüksəlməsi ilə əsaslanır.
Avrozona da isə əksinə, Avropa Mərkəzi Bankının daha yumşaq monetar siyasətə meyl etməsi və faiz dərəcələrinin artırmaq üçün daha yüksək baryerlər seçməsi avronun Avropadakı baş verən iqtisadi bərpadan faydalanmağına imkan vermir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 türk lirəsi 0,1906 manata enib, 1 Rusiya rublunun məzənnəsi isə 0,0234 manat səviyyəsində qalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button