İdman
Avroliqada həftənin ən yaxşısı adına namizədlər

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Qol.az xəbər verir ki, namizədlər arasında Filip Kostiç (“Ayntraxt), Ceyms Tavernier (“Reyncers”), Creyc Deyvson (“Vest Hem”) və Kristofer Nkunku (“Leyptsiq”) var.
Qeyd edək ki, qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi ilə seçiləcək.