İdman

“Avrokuboklara ümid etmək çətindir” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 16-cı turunda “Zirə”yə uduzduqları (0:2) matç barədə danışıb. 

Qol.az xəbər verir ki, rusiyalı mütəxəssis oyundan sonra jurnalistlərə açıqlamasında deyib:

“Döyüşkən oyun keçdi. Meydanda boşluq yox idi. Çox epizodlar yarandı. Matç ilk səhvə qədər belə keçdi. Bu səhvi təəssüf ki, biz etdik. Bundan sonra hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etsək də, bacarmadıq. Yaxşı oyun var idi, amma çox sadə top itkilərimiz oldu. Bəzən də dəqiqlik çatışmırdı. Rəqibi təbrik edirəm. Qələbəyə layiq idilər. Komandamın oyuna yanaşmasına iradım yoxdur. Mükafatçılar sırasına düşmək isə çətin olacaq. Böyük fərq var. Avrokuboklara ümid etmək çətindir. Maksimum çalışmalı, hər qarşıdakı görüşə final kimi çıxmalıyıq”.

Musayev yeni transferləri Kristian Da Silvadan da danışıb: “Kristian oyuna çox yaxşı qoşuldu. Topla pis rəftar etmirdi. Amma nəzər almaq lazımdır ki, hələ formada deyil. Ona vaxt lazımdır”.

39 yaşlı baş məşqçi avrokuboklara vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: “Çətin olacaq. Çünki xal fərqi çoxdur. Amma əlimizdən gələni edəcəyik”.

Musayev ispaniyalı yarımmüdafiəçi Xuan Kamaranın “Zirə”yə qarşı oynamamasının səbəbini açıqlayıb: “Neftçi” ilə oyunda zədələnmişdi. Sabah MRT müayinəsindən keçəcək. Bundan sonra vəziyyətini biləcəyik”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button