İdman

AVRO-2020-nin Bakıdakı oyunlarının 260 milyon tamaşaçısı olub

Futbol üzrə AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyununu ümumilikdə 260 milyon insan izləyib.

Bu barədə “AVRO-2020-nin irsi” mövzusunda hesabat məruzəsində AVRO-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev açıqlama verib.

O bildirib ki, qrup mərhələsinin İsveçrə – Uels görüşünü 52 milyon, Türkiyə – Uels qarşılaşmasını 71 milyon, Türkiyə – İsvrçrə matçını 27 milyon insan izləyib.

K.Vəliyev 1/4 final mərhələsinin Çexiya – Danimarka oyununa 110 milyon nəfərin televiziya ilə baxdığını vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button