İqtisadiyyat

Avrasiya İqtisadi Birliyinin ümumi enerji bazarları 2025-ci ilədək formalaşacaq

Avrasiya İqtisadi Birliyinin (AİB) ümumi enerji bazarlarının (ümumi qaz bazarı daxil olmaqla) formalaşması 2025-ci il üçün başa çatmalıdır.
“APA-Economics”in Rusiyanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Nikolay Şulginov AİB-in enerji qurumlarının onlayn formatda keçirilən görüşü zamanı bildirib.
Onun sözlərinə görə, AİB-in ümumi enerji bazarlarının yaradılması bütün Birlik iştirakçılarına enerji resurslarına diskriminasiyasız çıxışını təmin edəcək.
Qeyd olunur ki, AİB-in energetika nazirləri ümumi təbii qaz bazarının formalaşmasının aktual məsələlərini müzakirə ediblər. Görüş zamanı Birliyin ümumi qaz bazarı haqqında beynəlxalq müqavilə layihəsinin razılaşdırılmasının gedişatına xüsusi diqqət yetirilib.
Xatırladaq ki, AİB-ə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button