Dünya
AŞPA-nın yeni prezidenti seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.
APA-nın Avropa müxbirinin xəbərinə görə, təşkilatın qış sessiyasında hollandiyalı Tiny Koksun AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.
O, rəqibi ukraynalı Mariya Mezentsevananı məğlub edib.
Tiny Koks bu vəzifədə belçikalı senator Hendrik Daemsi əvəz edib.