Siyasət

AŞPA medianın böhran zamanı roluna dair qətnamə qəbul edib

“Report”un Fransa bürosu xəbər verir ki, sənəddə media azadlığı, plüralizm və müstəqil medianın mövcudluğunun demokratik cəmiyyətlər üçün vacib ilkin şərtlər olduğu, lakin sağlam medianın əhəmiyyətinin böhran dövrlərində özünü daha aydın göstərdiyi bildirilib.

AŞPA böhran dövrlərində medianın üzərinə düşən məsuliyyətin böyük olduğunu qeyd edərək üzv dövlətlərə müvafiq tövsiyələr ünvanlayıb: “Azad və müstəqil media böhranın əsl səbəblərinin tənqidi təhlilini verməlidir. Media böhranın səbəbləri və zərərli təsirlərinin aradan qaldırılması üçün müvafiq tədbirlərə dair müzakirələri təşkil edə, bu debatlarda vətəndaşların iştirakını asanlaşdıra bilər. Media siyasi liderlər tərəfindən qəbul edilən qərarların legitimliyini gücləndirməyə və onların həm məzmununu, həm də səbəblərini başa düşməyə kömək edə bilər. Media eyni zamanda qərar qəbul edənlərlə əhali arasında əlaqə kimi mühüm rol oynaya bilər. Bundan əlavə, media maarifləndirici rol oynaya bilər, böhran dövründəki yeni öhdəlikləri və hakimiyyətin vətəndaşlardan gözlədiyi münasibəti təhlil edərək izah etməyi bacarmalıdır. Böhran zamanlarında dezinformasiya, qütbləşmə və onlayn populizm riskləri artır. Bu zaman yayılan məlumatların yoxlanılmasında peşəkarlıq və ciddilik tələbi daha da artır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button