Gündəm

Aşkarlanan gündəlik yoluxma 3 mini keçib 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 508 yeni yoluxma faktının qeydə alındığı,  bu virusa yoluxanlardan 610 nəfərin sağaldığı bildirilir. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 14-də  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 13 nəfər də vəfat edib. 

Qurumdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 365 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 279-u  sağalıb, 5 138-i  vəfat edib, aktiv xəstə sayı 21 592-yə yüksəlib. 

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb. 

Son aylar Azərbaycanda bu vurusa yoluxmada yenidən artım olduğu bildirilir.Dünən, avqustun 13-də 1769 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button