Mədəniyyət

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan konfrans keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 291 nömrəli Ekologiya liseyində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Özbəkistan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV təmsilçiləri iştirak ediblər.

Ekologiya liseyinin direktoru Arif Əsədov Aşıq Ələsgərin Azərbaycanın aşıq sənətindəki rolundan söhbət açıb, tədbirin əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edənlər tarixi köklərə və qardaşlığa söykənən ölkələrarası mədəni əlaqələrdən söz açıblar. Bildirilib ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirir. Bu baxımdan türk dünyası üçün örnək olan sənətkarların həyatı və irsinin şagirdlərə bu kimi tədbirlər, konfranslar vasitəsilə çatdırılması önəmlidir.

Konfransda şagirdlərin ifasında Aşıq Ələsgərin şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Daha sonra “Aşıq Ələsgər və tarix”, “Aşıq Ələsgər və filoloji fikir”, “Aşıq Ələsgər və tarix elmləri” mövzularında bölmə iclasları keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button