Gündəm

ASA hava şəraiti ilə bağlı xəbərdarlıq edib

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi ölkədəki küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qurumdan “Report”a bildirilib ki, vətəndaş və sahibkarlıq subyektləri təbii fəlakətlər nəticəsində ortaya çıxacaq zərərlə üzləşməmək üçün xüsusilə risk qarşısında olan daşınmaz əmlaklarını icbari qaydada sığortalamalıdırlar. Üstəlik bu cür əmlakların sığortası hər bir mülk sahibi üçün məcburidir.

“Bu sığorta növü ilə əmlak sahibi olan vətəndaş və sahibkarlar yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi hallarından sığortalana bilər”, – deyə Assosiasiya bəyan edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button