Dünya

Arxeoloqlar: “İordaniyada asteroid qədim şəhəri məhv edib”

Beynəlxalq alimlərdən ibarət arxeoloji qrup İordaniyada aparılan qazıntılardan sonra meteoritin qədim Tell-əl-Hamm şəhərini məhv etdiyini təsdiqləyib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, 3 600 il əvvəl olub. Meteoritin düşməsi zamanı yaranan partlayış havanın temperaturunun 2 min dərəcəyə yüksəlməsi, onlarla kilometr radiusda canlının məhv olması ilə nəticələnib.
Alimlər yanmış tikili, qab-qacaq və süxurların qalıqlarından ibarət olan qarışıq torpaq qatının qazılması zamanı yalnız güclü zərbə ilə əmələ gələn süni almaz dənəciklərini aşkarlayıblar. Bu, meteoritin şəhərin üzərində partladığını təsdiqləyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button