Siyasət

“Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”- İlham Əliyev yenilənib

Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik.

“Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu özü gözəl bir bünövrə olar”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

***

Biz Ermənistan hökuməti və diasporunun necə işlədiyini bilirik.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Onlar düşünürlər ki, bütün dünya hər şeyi onlara borcludur və kimsə gəlib onları müdafiə edəcək, kimsə gəlib onlar üçün döyüşəcək, kimsə gəlib onlara pul verəcək, onlara hər şey verəcək və onlar sadəcə oturub sual altında olan və şübhəli dırnaqarası tragediyalarını istismar edəcəklər. Hər bir ölkənin, hər bir xalqın tarixində faciəvi anları olub. Onların problemi budur ki, əsas ideologiyalarını gələcəyə baxmaq yerinə, bu çox şübhəli və saxta tarixi faktlar əsasında yaradıblar”, – Azərbaycan Prezidenti qeyd edib.

***

Biz hamımız bilirik ki, Ermənistanda Rusiyanın Qarabağdakı müharibəyə müdaxilə edəcəyinə dair çox gözləntilər var idi. Bu baş vermədi. Çünki biz öz ərazimizdə döyüşürdük.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəlikləri ilə manipulyasiya edirdi, amma KTMT-nin mandatı üzv ölkələri öz ərazilərində dəstəkləməkdir.

“Biz öz ərazimizdə döyüşürdük. Beləliklə, bu baş vermədi. Amma eyni zamanda, biz hamımız bilirik, mən ictimaiyyətə dəfələrlə bəyan etmişəm, 44 günlük müharibə ərzində müntəzəm olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silah daşıyan karqo təyyarələri olub. Biz Rostovdan, Mozdokdan bütün istiqamətləri izləyirdik. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamalarını xahiş etdik və onlar bunu etdilər. Biz həmçinin gürcüstanlı dostlarımızdan Gürcüstan ərazisi ilə Rusiyadan Ermənistana silahların nəql edilməsində istifadə ediləcək quru yolunu bağlamağı xahiş etdik və bunu da həmçinin etdilər və biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı dövlətlərə Ermənistana silah daşıyan Rusiya karqo təyyarələrinə icazə verməmələrinə dair məktub göndərdik. Biz bunu Qazaxıstana, Türkmənistana və İrana göndərdik. Təəssüf ki, bu təyyarələr Ermənistana daxil olarkən bu ölkələrin ərazilərindən istifadə edirdilər. Bu belə idi və biz 44 günlük müharibənin bu tərəfini gizlətməməliyik. Amma Ermənistanın gözləntiləri daha böyük idi. Onlar düşündülər ki, Rusiya ordusu gəlməli, döyüşməli və separatizmi müdafiə etməlidir və bu baş vermədi”, – Prezident İlham Əliyev vurğulayıb.

***

Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib ki, bunun üçün fürsət və imkanlar var. Azərbaycan istər nəqliyyat, istər enerji sahəsində regional layihələrin reallaşdırılmasında, Azərbaycan-Türkiyə kontekstində üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır.

***

Biz Ermənistan hökuməti və diasporunun necə işlədiyini bilirik.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Onlar düşünürlər ki, bütün dünya hər şeyi onlara borcludur və kimsə gəlib onları müdafiə edəcək, kimsə gəlib onlar üçün döyüşəcək, kimsə gəlib onlara pul verəcək, onlara hər şey verəcək və onlar sadəcə oturub sual altında olan və şübhəli dırnaqarası tragediyalarını istismar edəcəklər. Hər bir ölkənin, hər bir xalqın tarixində faciəvi anları olub. Onların problemi budur ki, əsas ideologiyalarını gələcəyə baxmaq yerinə, bu çox şübhəli və saxta tarixi faktlar əsasında yaradıblar”, – Azərbaycan Prezidenti qeyd edib.

***

Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib ki, bunun üçün fürsət və imkanlar var. Azərbaycan istər nəqliyyat, istər enerji sahəsində regional layihələrin reallaşdırılmasında, Azərbaycan-Türkiyə kontekstində üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır.

***

Müharibədən sonra baş verənlər göstərir ki, bizim heç bir pis niyyətimiz yoxdur. Əksinə, biz sülh və ərazi bütövlüyümüzün tanınmasını istəyirik.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Ölkəmizdə yaşayış standartlarının Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri ilə müqayisədə qat-qat üstün olduğunu qeyd edən dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb.

“Bu, bir daha bizim niyyətimizin təzahürüdür. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün ilk növbədə separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”, – deyə Prezident İlham Əliyev qeyd edib.

***

“Ermənistanın üçtərəfli görüşün keçirilməsi haqqında Azərbaycan tərəfinin təkliflərini rədd etməsi, onların belə siyasəti heç bir məntiqə sığmır. Bəlkə də onlara bir qədər vaxt lazımdır, onlar burada mümkün riskləri qiymətləndirməlidirlər, lakin mən hesab edirəm ki, bu, qaçılmazdır. Biz və bizim gürcü həmkarlarımız buna hazırdır. Məncə, bu, ilk addım ola bilər”.

Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

Prezident İlham Əliyev bildirib: “Siz Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat marşrutlarını nəzərə almaqla nə qədər inteqrasiya olunduğunu bilirsiniz. Mən hesab edirəm ki, Ermənistanı regional inkişafa qoşulmağa dəvət etmək imkanları da mövcuddur. Onlar bundan faydalanacaqlar. Onlar bizim enerji resurslarımıza çıxış əldə etməklə faydalana və müəyyən dərəcədə beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilə bilərlər. Bunlar, öz-özlüyündə müəyyən gəlir gətirə bilər. Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün hətta indi proqnozlaşdırılması mümkün olmayan imkanlar açacaq”.

***

“Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi bütün hüquqlara və təhlükəsizlik təminatlarına sahibdirlər”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Azərbaycan Ermənistandan fərqli olaraq çoxsaylı milli azlıqların nümayəndələrinin yaşadıqları ölkədir”, – deyən dövlət başçısı bildirib ki, onların hamısı ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayır: “Azərbaycanda erməni xalqının nümayəndələri də yaşayıblar və onlar heç vaxt hər hansı problemlə qarşılaşmayıblar. Buna görə də Ermənistanda azərbaycanafobiya təbliğatına son qoyulmalıdır. Ermənistanın bizimlə bağlı yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək”.

***

Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü çox tezliklə keçiriləcək.

***

Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri bizim milli maraqlarımıza və maksimum səviyyədə nailiyyətlərə əsaslanır.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Biz regionumuzda təhlükəsizlik və əməkdaşlıq barəsində bu günümüzün və gələcəyimizin ayrılmaz bir hissəsi kimi düşünməliyik. Çünki təhlükəsizlik olmadan əməkdaşlıq, iqtisadi faydalar olmayacaq. Azərbaycanın öz resurslarına əsaslanan iqtisadi performansı da həmçinin sabitlikdən, təhlükəsizliyin bir hissəsi olan uzunmüddətli sabitlikdən qaynaqlanır”, – dövlət başçısı vurğulayıb.

***

“Biz eşitmişik ki, Ermənistan hökuməti sülh gündəliyini elan etmişdir. Bu, çox mühüm bir məsələdir. Eyni zamanda, biz konkret işlər, tədbirlər də görməliyik. Düşünürəm ki, hazırda biz bu tədbirləri görürük, Ermənistan hökuməti tərəfindən sülhlə bağlı müxtəlif bəyanatlar irəli sürülməkdədir”.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

Dövlət başçısı bildirib ki, bu bəyanatlar yeni reallıqlara və heç şübhəsiz, beynəlxalq hüquq prinsiplərinə əsaslanır ki, biz hər zaman bu prinsipləri təbliğ etmişik: “Reallıqlar dəyişdikdən bəri bu reallıqlar artıq vasitəçilər tərəfindən qəbul edilməkdədir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button