Mədəniyyət

“Artdocfest” sənədli filmlər festivalı təxirə salınıb

“Artdocfest” Beynəlxalq Müəllif Sənədli Filmləri Festivalı Rusiyada keçiriləcək festivalın dayandırılması barədə qərar qəbul edib.

APA artdoc.com-a istinadən xəbər verir ki, bu qərar Rusiyadakı mövcud vəziyyətlə əlaqədar qəbul edilib.

Ümumilikdə festivalda 13 ölkədən 19 film nümayiş etdirilməli idi. Proqrama fransız Letitia Farkasın rus mühacirətinin bir neçə nəslindən bəhs edən “Ada həsrəti” filmi və Rusiya təcridxanalarında məhbuslarla mühafizəçilər arasında münasibətdən bəhs edən Nikita Efimovun “Dəstənin rəisi” filmləri də daxil idi.

Qeyd edək ki, “Artdocfest” orijinal sənədli filmlərin Rusiyada keçirilən beynəlxalq festivalıdır. 2007-ci ildə Rusiya milli qeyri-bədii filmlər mükafatı “Lavrovaya vetv” tərəfindən təsis edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button