ManşetSiyasət

Arsenyan: “Ermənistan bu gün Qarabağda sülhün təminatçısı deyil”

“Hazırda Qarabağ probleminin həlli gündəmində Ermənistanın rolu minimaldır”. Bunu “Faktor”a müsahibəsində “Mülki müqavilə” fraksiyasının üzvü, parlamentin Xarici Əlaqələr Komissiyasının üzvü Qurgen Arsenyan bildirib.

Səbəblərdən danışan Arsenyan qeyd edib: “Azərbaycan münaqişənin hərbi yolla həlli yolunu tutub. Bu vəziyyətdə imkanlarımız kifayət deyildi. Azərbaycan isə hərbi uğurlara imza atıb. Bundan sonra belə bir addım atıldı: erməni hərbi birləşmələri Ermənistana qaytarılıb. Onlar indi Ermənistan ərazisində yerləşir. Azərbaycan hərbi birləşmələri isə erməni silahlı birləşmələrinin tərk etdiyi ərazilərdə qalıb”.

Başa düşməliyik ki, orada yerləşən dövlət Qarabağ probleminin həllinə ciddi təsir göstərə bilər. Belə dövlətlər Azərbaycan və Rusiyadır – sonuncu orada sülhməramlılarla təmsil olunur.

Ermənistan Silahlı Qüvvələri bu gün Qarabağda sülhün təminatı deyil. Bunu bəyan etməliyik, insanlara nə qədər yalan danışmaq olar?” (virtualaz,org)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button