İdman

Arsen Venger baş məşqçiliyə qayıda bilər

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger yenidən sevimli peşəsinə dönə bilər.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssisin İsveçrə yığmasının sükanı arxasına keçmə variantı yaranıb.
AVRO-2020-dən sonra Vladimir Petkoviçlə yollarını ayıran İsveçrə Futbol Assosiasiyası bu posta axtarışlarını davam etdirir ki, namizədlər arasında Venger də var. 71 yaşlı çalışdırıcının DÇ-2022-də iştirak üçün qısamüddətli müqavilə imzalaması istisna edilmir.
Qeyd edək ki, Arsen Venger hazırda FİFA-da Qlobal Futbol İnkişafı departamentinin rəhbəridir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button