Dünya

Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var

Argentinanın Buenos-Ayres əyalətində təyyarə qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə yerli “Todo Noticias” telekanalı məlumat yayıb.
Qəza nəticəsində 2 nəfər ölüb. Təyyarədə başqa sərnişin olmayıb.
İlkin məlumatlara görə, təyyarə aeroklubun ərazisindən qalxarkən Berasategui rayonundakı magistral yolun yaxınlığında qəzaya uğrayıb.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button