İqtisadiyyat

ARDNF investisiya portfelində ABŞ dollarının payı artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 iyun 2021-ci il tarixinə investisiya portfelinin 68,6%-ni ABŞ dolları təşkil edib ki, bu da 30 iyun 2020-ci il tarixinə olan göstərici ilə müqayisədə 0,2% bəndi çoxdur.
“APA-Economics”in Neft Fondunun 2021-ci ilin II-ci rübünün yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci il 30 iyun tarixinə avro ARDNF-in investisiya portfelinin 19,9%-ni, funt sterlinq – 4,9%-ni, Avstraliya dolları – 0,6%-ni, Türkiyə lirəsi – 0,6%-ni, Rusiya rublu – 0,7%-ni, Çin yuanı – 1,3%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 2%-ni təşkil edib.
Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 5 7 63,3 mln. dollarlıq hissəsini qızıl investisiyaları təşkil edib.
Xatırladaq ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 44 104,65 mln. manata çatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button