İdman

“Araz-Naxçıvan” qrupda ikinci olub

Futzal üzrə Çempionlar Liqası davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” ilkin mərhələdə son oyununu keçirib.
Joze Alesionun yetirmələri Latviyada təşkil olunan F qrupunun III turunda yerli “Raba” ilə görüşüb. Matçın gedişində bir neçə dəfə məğlub duruma düşən təmsilçimiz sonda əzmkar qələbə qazana bilib. Lakin top fərqinin az olması “Araz-Naxçıvan”ın birinci yer şansının üstündən xətt çəkib.
Qrupun digər oyununda Cəbəllütariq “Europa”sı ilə görüşən “Kampuksen Dinamo” 14:3 hesablı darmadağına sevinib. Bu, Finlandiya klubunu qrup qalibi kimi növbəti mərhələyə daşıyıb.
Qrupumuzda ikinci olan “Araz-Naxçıvan”ın taleyi mərhələnin bitməsindən sonra bəlli olacaq. Ən yaxşı qrup ikincisi də əsas mərhələyə vəsiqə qazanacaq.
Çempionlar Liqasıİlkin mərhələ, III turF qrupu, 24 avqust20:00. “Raba” (Latviya) – “Araz-Naxçıvan” (Azərbaycan) – 4:8Qollar: Ar.Kuļeşovs, 11:29, Boqdanovs, 15:03, Yakovļevs, 20:54, Strazdiņş, 29:23//Maneka, 0:24, 32:20, Felipinyo, 18:16, Bağırov, 22:30, 32:40, Atayev, 23:33, Çovdarov, 26:00 (p), 29:37

1

Kampuksen D.

3

2

1

0

23-7

7

2

Araz N.

3

2

1

0

21-10

7

3

Raba

3

1

0

2

12-16

3

4

Europa

3

0

0

3

8-31

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button