Cəmiyyət

AQTA Goranboyda marketdə yararlılıq müddəti bitən məhsullar aşkar edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Yusifov Mahir Sərdar oğluna məxsus “Sahib” marketdə plandankənar yoxlama keçirib.
AQTA-dan “Report”a verilən məlumata görə, yoxlama zamanı marketdə xeyli miqdarda müxtəlif növ yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilib.
Aşkar olunan faktla bağlı yararlılıq müddəti bitmiş məhsullar satış şəbəkəsindən çıxarılıb, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button