Cəmiyyət

AQTA-dan Bakıdakı kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA

Bakıda dönərdən baş verən kütləvi zəhərlənmə ilə bağlı məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) münasibət bildirilib.

Agentlikdən Trend-in sorğusuna cavab olaraq deyilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – məlumatda qeyd edilir.

Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında, “28 Mall” Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.

Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button