Cəmiyyət

AQTA 12 müəssisədə pozuntular aşkarlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində reydləri davam etdirir.
AQTA-dan “Report”a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 10-da ölkə üzrə 419 ictimai iaşə obyektində 713 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət ştq,Quliyev 57 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Elşən Vaqif oğluna məxsus kafe;
2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 131 A ünvanında yerləşən, fiziki şəxs Rəhimov Elmir Musavi oğluna məxsus yeməkxana;
3. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov 4/2 ünvanında yerləşən, fiziki şəxs Bəylərov Bəylər Eyvaz oğluna məxsus ərzaq mağazası;
4. Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küç 23/60 ünvanında yerləşən, hüquqi şəxs “NİCAT-K” firmasına məxsus kolbasa istehsalı sexi:
5. Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr., Cavad Xan küçəsində yerləşən, fiziki şəxs Mədinəyeva Mətanətə məxsus kafe;
6. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli 59 m ünvanında yerləşən, fiziki şəxs Kərimov Cahangir Xalid oğluna məxsus kafe;
7. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov 5 ünvanında yerləşən, fiziki şəxs İsmayilov Səməd Xəqani oğluna məxsus yeməkxana;
8. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 35 ünvanında yerləşən, fiziki şəxs Kərimov Arzuman Əhməd oğluna məxsus “Green Park” restoranı;
9. Bakı şəhəri, Xətai rayonu, H.Tağızadə ev 11/15 ünvanında yerləşən, fiziki şəxs Abbasov Kamran Rafiq oğluna məxsus kafe;
10. Bakı şəhəri, Xətai rayonu, S.Orucov, 1188 məh., 17c ünvanında yerləşən, fiziki şəxs Qurbanov Ibrahim İlham oğluna məxsus çay evi;
11. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Q.Yesenin ünvanında yerləşən, fiziki şəxs Məmədov İlham Xanballa oğluna məxsus “Görüş” restoranı;
12. Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilrzaoğlu 35 ünvanında yerləşən, fiziki şəxs Səmədov Ceyhun Mirabdulla oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button