Cəmiyyət

Apteklərdə bəzi dərmanlar niyə tapılmır?

Son bir neçə gündür ki ,apteklərə üz tutanlar ya əliboş qayıdır,ya da başqa dərman əvəzləyicisi almağa məcbur olur. Xüsusilə multivitaminlər,sistemlər,öskürək dərmanları, tapılmır.

Apteklərdən bildirilir ki, ən çox dərman qıtlığı ilkin tibbi yardım üçün lazım olan preparatlarda yaşanır. Bəzi dərmanlar isə umumiyyətlə yoxdur. Məcburiyyətdən alıcılara alternativ vasitələr təklif olunur. Xüsusilə antibiotiklərin tapılmadığı bildirilir.

Əczaçılar deyir ki, Rusiyadan gətirilən dərmanlarda məhdudiyyətlər yarandığı üçün depolarda bu preparatlar azalıb.Ukraynadan və Rusiyadan gətirilən dərmanlara tələbat isə həddindən artıqdı.Hazırda müharibə davam etdiyindən iki ölkə də dərman ixracına mıhdudiyyətlər qoyub.

Tibb eksperti Rasif Bağırov da apteklərdə yaranan dərman qıtlığına əsas səbəblərdən birinin məhz Rusiya ilə Ukrayna arasında gedən müharibə olduğunu deyir.Həkim bildirir ki ,ürək damar ,mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün olunan dərmanlar bu iki ölkədən gətirilir.Ekspertin fikrincə bəzi dərman preperatlarının əvəzləyicisi olsa da ,keyfiyyəti o dərmanları əvəz eləmir.

Ekspert həmçinin onu da bildirir ki, tərkibi eyni olsa belə, alıcılara alternativ preparatlar satmaq düzgün deyil. Çünki bəzi insanlarda dərmanlara qarşı asılılıq yaranır ki, həmin preparatlar digərləri ilə əvəz edilməməlidir.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button