Dünya

Antonio Quterreş: “Rusiyanın Ukraynanı işğal edəcəyini düşünmürəm”

Dünya bir çox cəhətdən – COVID-19 pandemiyası, iqlim böhranı və geosiyasi gərginliklər səbəbindən beş il əvvəlkindən daha pisdir. Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, o cümlədən sanksiyaların tətbiqi və hərbi əməliyyatlar üçün əmrlər vermək hüququna malik olan BMT Təhlükəsizlik Şurası, xüsusilə veto hüququ olan qurumun beş daimi üzvü bölünüb. Rusiya və Çin əsas məsələlərdə ABŞ, Böyük Britaniya və Fransa ilə tez-tez ziddiyyətli fikir nümayiş etdirirlər.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş “Associated Press” agentliyinə müsahibəsində bildirib.

“Rusiyanın Ukraynanı işğal edib-etməyəcəyi” sualına Quterreş “Rusiyanın Ukraynanı işğal edəcəyini düşünmürəm” deyib: “Çünki mən mövcud problemlərin hərbi yolla həllinə inanmıram və düşünürəm ki, bu problemləri həll etməyin ən rasional yolu diplomatiya və ciddi dialoq təşkil edir”, – Quterreş deyib. Baş katib həmçinin vurğulayıb ki, işğal “dəhşətli nəticələrə” səbəb olacaq.

O qeyd edib ki, BMT Ukrayna böhranında birbaşa iştirak etməsə də, bu məsələ ilə bağlı Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə əlaqə saxlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button