Redaktorun seçimi

Ankara Ermənistan nümayəndələri ilə növbəti görüş haqqında

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bu ilin yazında Antalyada keçiriləcək diplomatik foruma erməni tərəfdən dəvət olunub. “TRT Haber” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Ermənistanın xarici işlər naziri Mirzoyanı və xüsusi nümayəndə Rubinyanı dəvət etmişik. Paşinyan bildirib ki, tərəfimizdən dəvət olunan şəxslər forumda iştirak edə bilər. Bu, bizi sevindirir”, – Çavuşoğlu bildirib.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri təmasdadılar və gələcək görüşün tarixini və yerini birlikdə müəyyən edəcəklər.

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə dəvətinə gəlincə, Çavuşoğlu qeyd edib ki, Ankara Rusiya liderini böyük ehtimalla Pekində Olimpiadanın açılışına səfərindən sonra gözləyir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button