Dünya

Angela Merkel siyasətdən birdəfəlik gedir

Almaniya kansleri Angela Merkel daha siyasətlə məşğul olmayacaq.

APA-nın xəbərinə görə, o, bu barədə DW-yə müsahibəsində bildirib.

“Mən daha siyasətlə məşğul olmayacağam, siyasi münaqişələri həll etməyəcəyəm. 16 ildir federal kansler kimi Avropa İttifaqında, beynəlxalq səviyyədə məmnuniyyətlə çalışmışam və həmişə çoxtərəfliliyin tərəfdarı olmuşam. İndi isə hələ də nə edəcəyimi bilmirəm. Artıq dediyim kimi, əvvəlcə bir az istirahət edəcəyəm, sonra görək ağlıma nə gəlir. Hökumət başçısının vəzifələrindən biri də baş verənlərə dərhal reaksiya verməkdir. İndi nə etmək istədiyim barədə düşünəcəyəm. Bu, yalnız bir neçə aydan sonra aydınlaşacaq”, – Almaniya kansleri qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button