İdman

Andrey Şevçenko “Cenoa”dan istefaya göndəriləcəyini istisna etməyib

“Mən hər gün işimi görürəm, qərarı isə klub rəhbərliyi qəbul edəcək”.

Bunu “Ceno” komandasının baş məşqçisi Andrey Şevçenko “Milan”a 1:3 hesabı ilə uduzduqları İtaliya Kubokunun 1/8 final oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis hələ gənc olduğunu söyləyib: “Həyat uçuş və enişlərdən, qələbə və məğlubiyyətlərdən ibarətdir. Mən irəli gedirəm, layihəyə köklənmişik. Bu gün futbolçularım özlərini yaxşı tərəfdən göstərdilər. Məşqlər nəticəsində keyfiyyətin ortaya çıxdığını tədricən görməkdəyik”.

Qeyd edək ki, İtaliya Kubokunda mübarizəni dayandıran “Cenoa” A Seriyasında Andrey Şevçenkonun rəhbərliyi altında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda21 oyundan 12 xalla 19-cu yerdə gedir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button