Dünya

Ancelina Coli insanları əfqan qadınlarının unudulmamasına kömək etməyə çağırıb

Hollivud ulduzu Ancelina Coli insanları əfqan qadınlarının unudulmamasına kömək etməyə səsləyib.

O,  sosial şəbəkədə insanları Əfqanıstan İslam Əmirliyində baş verən vəhşiliklərin səviyyəsindən xəbərdar olmağa çağırıb.

Bir əfqan qızdan aldığı şəxsi məktubu İnstaqramda paylaşaraq, qadının kimliyini gizlətmək üçün bəzi hissələri bulanıq şəkildə gizlədilib: “Əfqanıstanda gənc bir qadın mənə bu məktubu göndərdi. Mən onun şəxsiyyətini qoruyuram, lakin Taliban hakimiyyəti ələ keçirdikdən sonra o, məktəbə qayıda bilməyib. İndi qadınların sadəcə dinc etirazlarda iştirak etdiklərinə görə həbs edilir”.

“Mənə elə gəlir ki, qadınların nə danışmağa, nə də sözünü deməyə haqqı yoxdur. Qadının haqqı əllərindən alınır və ölkədə heç bir iş görməyə icazə verilmir”, – deyə o, yazıb.

Coli yazısını belə yekunlaşdırdı: “Lütfən, gənc qadınların gecə saatlarında silah zoru ilə evlərindən çıxarılaraq yoxa çıxdığı, qadın və qızların azadlığına gündən-günə yeni məhdudiyyətlərin qoyulduğu Əfqanıstanda baş verənləri izləyin”.

“Xahiş edirəm, onların unudulmamasına kömək edin” deyə aktrisa çağırış edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button