Cəmiyyət

ANAMA daha 30 minaaxtaran it alacaq

ANAMA-ya 2023-cü ilədək 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib: “Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir”.

Sədr həmçinin xatırladıb ki, ötən il minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayında əlavələr olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button