Gündəm

Amnistiya aktına əsasən 140 şəxs barəsində cinayət işinə xitam verilib

2021-ci ilin yanvar-noyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 140-dır.

Belə ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilmişdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button