İqtisadiyyat

AMB uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqda qərar qəbul edib.
“APA-Economics”in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Beləliklə, uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb.
Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlarlar 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.
Qeyd edək ki, 29 oktyabr tarixində qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button