İqtisadiyyat

AMB-nin valyuta ehtiyatları ilin sonuna 7 mlrd. dolları keçəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6,9 mlrd. ABŞ dolları təşkil edəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook” hesabatının oktyabr buraxılışında deyilir. Ehtiyatların 2022-ci ildə isə 7,1 mlrd. dollara çatacağı gözlənilir.
Xatırladaq ki, AMB-nin valyuta ehtiyatları avqustda 8,4% artaraq 2021-ci ilin avqustun 31-nə 7,043 mlrd. ABŞ dollar təşkil edib. Bu, 2015-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, avqust ayında bankın valyuta ehtiyatlarının gözəçarpan artımı (2017-ci ilin yanvar ayından bəri qeydə alınmış ən kəskin aylıq artım) Beynəlxalq Valyuta Fondunun (BVF) tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycanın xüsusi borcalma hüquqları (SDR) limitinin artırılması ilə bağlıdır.
Xatırladaq ki, BVF avqustun 23-də qüvvəyə minən üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində olan maliyyə bölgüsü çərçivəsində Azərbaycana 375,4 mln. SDR (530 mln. dollara yaxın) ayırmışdı.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button