İqtisadiyyat

Alüminiumun qiyməti 2008-ci ildən ilk dəfə 3 min dolları ötüb

London Metal Birjasında (LME) 1 ton alüminiumun qiyməti 22 iyul 2008-ci il tarixindən bəri ilk dəfə 3 min ABŞ dollarını keçib. Alüminium ardıcıl 9 aydır bahalaşır.
“APA-Economics” birja məlumatlarına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:36-da üç ay sonra çatdırılma şərti ilə alüminium fyuçerslərinin qiyməti 3 017 dollara (+1,75%) çatıb.
Xatırladaq ki, cari ilin sentyabr ayında Qvineyadakı siyasi vəziyyət fonunda alüminium tədricən bahalaşmağa başlayıb. Belə ki, Qvineya alüminium istehsalı üçün lazım olan boksitin əsas təchizatçısıdır və Çinin alüminium idxalının yarıdan çoxu Qvineyanın payın düşür. Sentyabrın 5-də Qvineyada baş vermiş hərbi çevriliş nəticəsi olaraq ölkənin sərhədlər bağlanmışdı və prezident Alfa Kondenin həbs olunmuşdu.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button