İqtisadiyyat

Alüminiumun qiyməti 13 illik maksimuma çatıb

Qvineyadakı siyasi vəziyyət fonunda bu gün alüminiumun qiyməti artıq son 13 ilin ən yüksək həddinə çatıb.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bugün London Metal Birjasında (LME) üç aya çatdırılma şərti ilə bir ton alüminiumun qiyməti 0,4% artaraq 2 780 ABŞ dolları təşkil edib ki, bu da 2008-ci ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.
Qeyd edək ki, bundan əvvəl sentyabrın 6-da Bakı vaxtı ilə saat 16:17-də LME-də alüminiumun qiyməti 0,91% artaraq 2 756 ABŞ dollara yüksəlmişdi və o vaxta onillik maksimumu yeniləmişdi.
Xatırladaq ki, Qvineya alüminium istehsalı üçün lazım olan boksitin əsas təchizatçısıdır və Çinin alüminium idxalının yarıdan çoxu Qvineyanın payın düşür. Sentyabrın 5-də Qvineyada baş vermiş hərbi çevriliş nəticəsi olaraq ölkənin sərhədlər bağlanmışdı və prezident Alfa Kondenin həbs olunmuşdu.
Azərbaycan öz növbəsində, cari ilin yanvar-iyul aylarında 72,815 mln. dollar dəyərində 30 558,64 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. İxrac edilən alüminiumun dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42%, həcmi isə 5,7% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button