İqtisadiyyat

Altı ayda Yaşıl Kart Sistemi çərçivəsində 1,2 mln. manat sığorta haqqı toplanıb

2021-ci ilin ilk yarısında Yaşıl Kart Sistemi çərçivəsində 5 919 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 1 237 159 manat sığorta haqqı toplanıb.
“APA-Economics”ə İcbari Sığorta Bürosundan verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarında isə 16% artımın olduğunu deməyə əsas verir.
Məlumata görə, sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır.
Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127,77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209,35 manat olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button