Mədəniyyət

Almatıda məşhur qazaxıstanlı rejissor və musiqiçi öldürüldü

Məşhur qazaxıstanlı kinorejissor və musiqiçi Saken Bitayev (Salamec Staff) Almatıda iğtişaşlar zamanı öldürülüb. Bu barədə mərhumun dostu Daniyar Adilbekov öz Facebook səhifəsində yazıb.

Bitayev iki yerli sakinlə birlikdə maşında olarkən onların avtomobili qarətçilər tərəfindən saxlanılıb. Onlar maşını onlara verməyi tələb ediblər, lakin Bitayev bunu etməkdən imtina edib və həmin ərazini tərk etməyə çalışıb. Avtomobil uzaqlaşanda hücum edənlər atəş açıb və avtomobilin sərnişin oturacağında əyləşən Bitayevi yaralayıblar. Güllə rejissorun ciyərlərinə dəyib və o yerindəcə dünyasını dəyişib.

Adilbekov qeyd edib ki, Bitayevin valideynləri hələ də oğlunun meyitini evə apara bilmirlər, çünki şəhərdə ölümü sənədləşdirmək üçün kifayət qədər polis işçisi yoxdur.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button