Mədəniyyət

Almas İldırımın oğlu şairlə bağlı gizli məqamları ilk dəfə açıqlayacaq

Azərbaycan Televiziyasının sevilən layihələrindən olan “Yüz ilin sirləri”ndə bu dəfə şair Almas İldırımdan bəhs ediləcək.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, veriliş bu gün – dekabrın 26-da AzTV-də yayımlanacaq.

“Yüz ilin sirləri”ndə iki dəfə sürgün edilmiş, represiyanın güllələnməmiş ən böyük qurbanı, dost sandığı məşhur yazıçı tərəfindən xəyanətə uğrayan, keçmiş sevdiyi xanımın həyat yoldaşı (yazıçı) tərəfindən sona qədər təqib edilən Vətən həsrətli şair Almas İldirim haqqında gizli məqamlara aydınlıq gətiriləcək.

Almas İldırım yaxın dostları tərəfindən kommunistlərə satılıb, sürgündə azərbaycanlı ədiblər tərəfindən təqib edilib. Məzarı belə olmayan, Vətən həsrəti ilə ömrünün sonuna kimi kimi qürbətdə yaşayan, qadağan olunmuş şairin Bakıda qalan varisləri verilişə Almas İldırımla bağlı danışacaqlar.

Şairin İzmirdə yaşayan oğlu Azər İldırım ilk dəfə AzTV-nin layihəsində atası ilə bağlı suallarımızı cavablandıracaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button