Dünya

Almaniyanın Frankfurt-Han hava limanı müflis olub

Almaniyanın Frankfurt-Han hava limanı müflis olduğunu elan edib.
“Report” bu barədə “İnterfax”a istinadən xəbər verir.
Məlumata görə, hava limanının 82,5% -i Çin konserninə məxsusdur, çinlilər 2017-ci ildə federal Reynland-Pfalts əyalətindən təxminən 15 milyon avroya bir hissəni alıblar. Qalan 17,5% federal əyalətə məxsusdur.
Əvvəllər Amerika NATO kontingentinin hərbi hava limanı olan ərazi yükdaşımaya xidmət edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button